Liftdə qalmış Bakı sakini xilas edilib

Liftdə qalmış Bakı sakini xilas edilib
# 10 dekabr 2013 01:31 (UTC +04:00)

Bakının, Yasamal rayonunda 9 mərtəbəli yaşayış binasının liftində bir nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırıb, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR