Bakıda oğurluq edən şəxsin evindən silah-sursat tapılıb

Bakıda oğurluq edən şəxsin evindən silah-sursat tapılıb
# 24 dekabr 2013 09:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda oğurluq edən şəxsin evindən silah-sursat tapılıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 16-da «Sədərək» ticarət mərkəzində Bakı şəhər sakini Ağami Babayeva məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rasim Əliyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub və üzərindən 1 qramdan artıq tiryək aşkar olunub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının apardıqları əməliyyat-istintaq tədbirləri nəticəsində Rasim Əliyevin evinin zirzəmisindən 65 ədəd patronu ilə birlikdə 1 ədəd «Naqan» tipli tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança və ona bağlanan 2 ədəd dəmir lülə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR