Naxçıvanın hücuma məruz qaldığı deyilən kəndinin sakinləri: “Kəndə hücum edilməsi və boşaldılması barədə xəbərlərin heç bir əsası yoxdur”

Naxçıvanın hücuma məruz qaldığı deyilən kəndinin sakinləri: “Kəndə hücum edilməsi və boşaldılması barədə xəbərlərin heç bir əsası yoxdur”
# 11 iyun 2014 13:52 (UTC +04:00)

Naxçıvanın “Şərq qapısı” qəzeti əməkdaşı Elnur Kəlbizadəni həmin kəndə ezam edib. E.Kəlbizadənin Ləkətağdan APA-ya verdiyi məlumata görə, o, hazırda kənddədir: “Kəndə hücum edilməsi və boşladılması barədə xəbərlərin heç bir əsası yoxdur. Mən 4 saatdan artıqdır ki, bu kənddəyəm. Kənd də, sakinlər də, postlarımız da yerindədir. Burda olduğum müddətdə heç bir atışmanın şahidi olmadım. Kənd sakinləri də onlara hər hansı xəbərdarlığın edilmədiyini, hücum olmadığını bildirirlər”.

Qeyd edək ki, həmkarımız kənddən çəkdiyi fotoları da APA-ya təqdim edib. Bir az sonra APA-da Elnur Kəlbizadənin kənddən hazırladığı geniş reportajla tanış olacaqsınız.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR