Putin AB və Avrasiya İqtisadi Birlik arasında azad ticarət zonası yaratmağı təklif edib

Putin AB və Avrasiya İqtisadi Birlik arasında azad ticarət zonası yaratmağı təklif edib
# 29 yanvar 2014 04:40 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin ötən gün Brüsseldə Rusiya-AB sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Avropa Birliyinin rəhbərliyinə AB və Rusiya, Belarus, Qazaxıstan tərəfindən yaradılan Avrasiya İqtisadi Birlik arasında azad ticarət zonasının yaradılması imkanını nəzərdən keçirməyi təklif etdik”, deyə Putin bildirib.

Avropa Şurasının sədri Herman van Rompey, öz növbəsində, qeyd edib ki, assosiasiyalara dair məsələlərdə müxtəlif izahlar və anlaşılmazlıqların olması mümkündür, və onların olmaması üçün tərəflərin məsləhətləşmələri davam etdirəcək.

Rusiya prezidenti isə bildirib ki, Avropa və Avrasiya inteqrasiyaları arasında o heç bir ziddiyyət görmür.

“Ukraynaya kreditin verilməsi və qazın qiymətinin tədricən aşağı endirilməsi hansısa konkret hökuməti yox, ilk növbədə, Ukrayna xalqını dəstəkləmək zərurəti və niyyəti ilə bağlıdır”, deyə Rusiya prezidenti qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Avropa dəyərlərindən faydalanmaqla yanaşı Avrasiya ilə də əməkdaşlıq edə bilər.

Qeyd edək ki, növbəti Rusiya-AB sammiti iyunda Soçidə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR