Şəkidə yanğın olub

Şəkidə yanğın olub
# 17 yanvar 2014 19:02 (UTC +04:00)

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün günorta saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Şəki rayonu Qoxmuq kəndi ərazisindən keçən hissəsində yaşayış məntəqəsindən 1km-dən yuxarı hündürlükdə baş verib.

Yanğın baş verən əraziyə texnikanın çıxa bilməməsini nəzərə alaraq FHN-nin Şəki rayon DYMH-nin 11 əməkdaşı və 16 yerli sakin cəlb edilib.

Yanğın nəticəsində 400 kv/m sahədə kol-kos yanıb. FHN-nin Şəki rayon DYMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək daha da böyük əraziyə keçməsinin qarşısı alınıb.

Fakla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR