«Paşa Bank»ın depozit portfeli kəskin azalıb

«Paşa Bank»ın depozit portfeli kəskin azalıb
# 04 fevral 2014 10:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 697,393 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,0% azdır.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,4% artaraq 343,807 mln. manata çatıb. Bankın depozit portfeli ötən il 41,4% azalaraq 267,538 mln. manata düşüb.


Hesabat ilində bankın məcmu kapitalı 28,0% artaraq 227,946 mln. manat, o cümlədən nizamnamə kapitalı 45,2% artaraq 228,000 mln. manat təşkil edib.


Hazırda bankın 8 289 aktiv plastik kartı var, ölkə üzrə 17 bankomatı fəaliyyət göstərir. Bankın 244 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR