Bakı. Ramiz Mikayıloğlu - APA. ATƏT Parlament Assambleyası çərçivəsində parlamentlərarası əlaqələr qrupu yaradılacaq.
APA-nın məlumatına görə, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsində müzakirə edilən qətnamə layihəsinə bununla bağlı təklif edilən müvafiq düzəliş səsverməyə çıxarılaraq qəbul edilib.
Parlamentlərarası əlaqələr qrupu ATƏT regionunda gərgin halların aradan qaldırılması istiqamətində səy göstərəcək.