Goranboyda ev yanıb

Goranboyda ev yanıb
# 22 avqust 2013 04:45 (UTC +04:00)

Bakı-APA. Goranboy rayonunda ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın rayon mərkəzindən 7 km aralıda yerləşən Qızılhacılı kəndində baş verib. Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan 5 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 12 kv.m, dəhlizin döşəməsi 2 kv.m və dam örtüyünün yanar konstruksiyaları 180 kv.m sahədə (ümumi 194 kv.m) yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR