Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qax rayon sakini saxlanılıb - VİDEO

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qax rayon sakini saxlanılıb - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2013 16:17 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qax rayon sakini saxlanılıb.

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti tədbir keçirib. Qax şəhər bazarı ətrafı ərazidə keçirdikləri əməliyyat tədbiri nəticəsində Qax şəhər sakini Həsilov Elçin Murad oğlunun işlətdiyi mağazadan qanunsuz olaraq əldə edib saxladığı ümumi çəkisi 46.54 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Elçin Həsilovun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər də bir dəfə məhkumluq həyatı yaşadığı bildirilib.

Faktla bağlı Qax RPŞ-də CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR