ADA-da Vaşinqton İnstitutunun mütəxəssisinin iştirakı ilə dəyirmi masa keçirilib

ADA-da Vaşinqton İnstitutunun mütəxəssisinin iştirakı ilə dəyirmi masa keçirilib
# 11 noyabr 2013 13:35 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Ərəb Baharı: Səbəblər, Nəticələr və Enerji Təhlükəsizliyi” mövzusunda Vaşinqton İnstitutunun mütəxəssisi Deyvid Polokun iştirakı ilə dəyirmi masa keçirilib. ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, müzakirə zamanı D.Polok qlobal enerji məsələlərinə əhəmiyyətli təsiri olmadığı müddətdə Ərəb Baharının Böyük Şərqin enerji ilə zəngin ölkələrinə yayılma ehtimalının yüksək olmadığını vurğulayıb. D.Polok eyni zamanda İraqın Kürdlərin məskunlaşdığı bölgələrində enerji məsələlərini də müzakirə edib. Belə ki, Türkiyənin İraq Kürdüstanından hidrokarbon resurslarının nəqlində yaxından maraqlı olduğunu və artıq fəal şəkildə bu məsələ ilə məşğul olduğunu, Ankara və Ərbil arasındakı tandemin İraq Kürdüstanının siyasi müstəqilliyinə gətirib çıxarmayacağı haqqında aktiv müzakirələr aparılıb.

O, təqdimat zamanı İsraildən Türkiyəyə çəkilməsi mümkün olan qaz boru xəttinin tərəflər arasındakı münasibəti normallaşdıracağı məsələsinə də toxunub.

Deyvid Polok Vaşinqton İnstitutunun Orta Şərq ölkələrinin siyasi dinamikası üzrə Kaufman mərkəzinin əməkdaşıdır. Daha əvvəl Dövlət Departamentinin Böyük Orta Şərq üzrə baş məsləhətçisi kimi çalışıb. Harvard Universitetində qonaq mühazirəçi və Corc Vaşinqton Universitetində professor assistenti kimi fəaliyyət göstərib. Baklavr təhsilini Harvard Kollecində almış və Harvard Universiteti Ph.D. elmi dərəcəsinə sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR