AMEA Zoologiya İnstitutunun gənc alimi Çexiyada təcrübə keçib

AMEA Zoologiya İnstitutunun gənc alimi Çexiyada təcrübə keçib
# 04 dekabr 2013 11:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun gənc alimi Çexiya Respublikası Elmlər Akademiyasında təcrübə keçib. AMEA Zoologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, protistologiya laboratoriyasının doktorantı Türkan Qurbanova 25 günlük ezamiyyət müddətində Çexiya EA-nın Parazitologiya İnstitutunun parazitlərin molekulyar filogenesiyası və təkamülü laboratoriyasında tətbiq olunan yeni metodlara yiyələnib. Ezamiyyət prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Birhüceyrəli ibtidai parazitlər olan koksidilərin növ tərkibinin müasir molekulyar metodlarla (DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası) təyin edilməsinin öyrənilməsi” adlı layihə çərçivəsində həyata keçirilib.

T. Qurbanova təcrübəni Bakıdan apardığı nümunələr üzərində aparıb. Müasir molekulyar metodlara aid olan DNT amplifikasiyası, PZR və DNT sekvinasiyası Azərbaycanda protistologiya sahəsində ilk dəfə tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR