İki məhkumdan mobil telefon götürülüb

İki məhkumdan mobil telefon götürülüb
# 06 noyabr 2013 15:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1983-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1 , 177.2.2 , 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Vüsal Aydın oğlu Quliyevin üzərinə və şəxsi əşyalarına baxış keçirilib. Bu zaman idman çantasının içərisində gizlədilmiş 1 ədəd “Nokia-1280” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 182.3.3 maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Niyaz Paşa oğlu Paşayevin üzərinə baxış keçirilən zaman 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR