«Rabitəbank»ın mənfəəti son bir ildə 3 dəfədən çox artıb

«Rabitəbank»ın mənfəəti son bir ildə 3 dəfədən çox artıb
# 28 oktyabr 2013 10:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin 2013-cü ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi gəlirlərin həcmi 20,486 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 50,7% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 47,2% artaraq 18,691 mln. manata çatıb.

Bankın hesabatına əsasən, bu ilin ilk üç rübü ərzində «Rabitəbank» 1,795 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 3,4 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 16,205 mln. manat, qeyri-faiz gəlirləri 4,281 mln. manat, faiz xərcləri 7,570 mln. manat, qeyri-faiz xərcləri isə 11,122 mln. manata bərabər olub. Nəticədə, son bir ildə bankın faiz mənfəəti 94,7% artaraq 8,635 mln. manata, qeyri-faiz zərəri 96,1% artaraq 6,841 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR