«Qafqaz İnkişaf Bankı»nın mənfəəti təxminən 3 dəfə artıb

«Qafqaz İnkişaf Bankı»nın mənfəəti təxminən 3 dəfə artıb
# 30 oktyabr 2013 13:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» ASC-nin 2013-cü ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi gəlirlərin həcmi 7,314 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 81,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 44,0% artaraq 4,258 mln. manata çatıb.

Bankın hesabatına əsasən, bu ilin ilk üç rübü ərzində «Qafqaz İnkişaf Bankı» 3,056 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 7,007 mln. manat, qeyri-faiz gəlirləri 0,308 mln. manat, faiz xərcləri 3,092 mln. manat, qeyri-faiz xərcləri isə 1,166 mln. manata bərabər olub. Nəticədə, son bir ildə bankın faiz mənfəəti 2,0 dəfə artaraq 3,915 mln. manat, qeyri-faiz zərəri 2,3% azalaraq 0,858 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR