Avropa Parlamenti Avropa Birliyini Rusiyaya qarşı əks tədbirlər işləyib hazırlamağa çağırıb

Avropa Parlamenti Avropa Birliyini Rusiyaya qarşı əks tədbirlər işləyib hazırlamağa çağırıb
# 12 dekabr 2013 13:34 (UTC +04:00)

APA-nın xəbərinə görə, qətnamədə Rusiyanın Ukraynaya və Avropa Birliyinin digər şərq tərəfdaşlarına təzyiqini pisləyən parlamentarlar AB-ni buna qarşı əks tədbirlər işləyib hazırlamağa çağırıblar: “Avropa Parlamenti Rusiyanın Ukraynaya qəbuledilməz siyasi-iqtisadi təzyiqlərini və ticarət sanksiyaları hədələrini qətiyyətlə qınadığını təkrarlayır və AB-nin üzv ölkələrini Rusiyanın bu təzyiq alətləri və tədbirlərinə qarşı adekvat cavab siyasəti işləyib tətbiq etməyə çağırır”.

Avropa Parlamenti Rusiyanın Ümumdünya Ticarət Təşkilatının normalarını pozması ehtimalı ilə bağlı Avropa Komissiyasını cavab tədbirlərinin mümkünlüyünü nəzərdən keçirməyə də səsləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR