Təhsil naziri Cəlilabadda vətəndaşları qəbul edəcək

Təhsil naziri Cəlilabadda vətəndaşları qəbul edəcək
# 05 fevral 2014 14:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov fevralın 10-u saat 11:00-da Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR