FHN əməkdaşları havanın dəyişməsi və qar yağması səbəbindən köməksiz vəziyyətdə qalan xəstə kişini xilas ediblər

FHN əməkdaşları havanın dəyişməsi və qar yağması səbəbindən köməksiz vəziyyətdə qalan xəstə kişini xilas ediblər
# 31 yanvar 2014 10:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməksiz vəziyyətdə qalan xəstə kişini xilas ediblər.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində hava şəraitinin dəyişməsi və qarın yağması səbəbindən 1 nəfər xəstə vəziyyətdə marşrut dayanacağında köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi hadisə yerindən, 3 saylı xəstəxanaya çatdıraraq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR