Sankt-Peterburqdakı kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb - APA TV

Sankt-Peterburqdakı kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb - <span style="color: red;">APA TV
# 27 avqust 2013 02:38 (UTC +04:00)

Bakı-APA. Sankt-Peterburqda inşaat şirkətinin fəhlələri arasında baş vermiş kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb. APA-nın verdiyi məlumata görə, bu barədə “İnterfaks”a Rusiya Daxili İşlər Nazirliyinin Şimal-Qərb federal dairəsi üzrə nəqliyyat idarəsindən bildiriblər.

Cinayət işi Rusiya Çinayət Məcəlləsinin 236-cı maddəsi (sanitar-epidimioloji qaydaların pozulması) ilə açılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır, müvafiq istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Xatırladaq ki, “Pulkovo-3” hava limanının tikintisi ilə məşğul olan "IC Ictas-Astaldi" inşaat firmasında çalışan 350 nəfər Azərbaycan, Türkiyə və Tacikistan vətəndaşları nahar yeməyindən sonra zəhərlənib. Onların nahar yeməyində verilən toyuq ətindən zəhərləndiyi bildirilib.

Zəhərlənən 350 nəfər təcili-tibbi yardım maşınları ilə Botkin Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə ambulator yardım göstərilib və onlar evə buraxılıb.

15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR