«VTB-Azerbaijan» bankının əsas maliyyə göstəriciləri kəskin artıb

«VTB-Azerbaijan» bankının əsas maliyyə göstəriciləri kəskin artıb
# 23 yanvar 2014 12:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank VTB (Azerbaijan)» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 208,377 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,4 dəfə çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,6 dəfə artaraq 186,752 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 92,034 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə nisbətən 2,8 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 3,4 dəfə artaraq 7,215 mln. manata, onların məcmu kredit portfelində xüsusi çəkisi isə 1,0 faiz bəndi artaraq 3,9%-ə çatıb.

Bankın depozit portfeli keçən il 4,0 dəfə artaraq 22,533 mln. manata yüksəlib. O cümlədən, əhalinin əmanətlərinin həcmi 5,181 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.


Hesabat ilində bankın məcmu kapitalı 2,9 dəfə artaraq 44,759 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 50,815 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,7 dəfə artaraq 9 506, o cümlədən fiziki şəxslərin sayı 2,6 dəfə artaraq 9 108, hüquqi şəxslərin sayı 5,6 dəfə artaraq 398 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 1 434-ə bərabər olub ki, bu da illik müqayisədə 4,0 dəfə çoxdur. O cümlədən, debet kartlarının sayı 2,2 dəfə artaraq 697-yə, kredit kartların sayı 15,4 dəfə artaraq 737-yə çatıb.


Hazırda bankın ölkə üzrə 4 filialı, 6 bankomatı, 5 POS-terminalı fəaliyyət göstərir. Bankın 273 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR