Bakıda keçmiş universitet müəlliməsi yenidən həbs edilib

Bakıda keçmiş universitet müəlliməsi yenidən həbs edilib
# 15 may 2014 07:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda keçmiş universitet müəlliməsi ikinci dəfə tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Arifə Hacıyeva tutulub.

Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəlliməsi Arifə Hacıyeva və Bakı şəhər sakini Lyudmila Məmmədova 2010-cu ildə guya Qroznı Dövlət Neft İnstitutunu bitirməsi barədə diplomu Bakı şəhər sakini Orxan Nağıyevə 12 500 dollara satdıqları üçün tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR