Bahar Muradova: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəallaşması koordinasiya olunmuş şəkildə həyata keçirilməlidir” - VİDEO

Bahar Muradova: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəallaşması koordinasiya olunmuş şəkildə həyata keçirilməlidir” - <span style="color: red;">VİDEO
# 16 may 2014 07:46 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova söyləyib.


Onun sözlərinə görə, çox təəssüf ki, zaman-zaman ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrdən gah biri, gah o biri digər ölkələrin passivliyi fonunda fəallaşır: “Bundan əvvəl Rusiya, Rusiyadan əvvəl ABŞ fəal idi, indi isə ABŞ və Fransanın fəallığı fonunda Rusiya passiv görünür. Azərbaycan çox arzulayardı ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu fəallaşması koordinasiya olunmuş şəkildə həyata keçirilsin. Bu bəyanatlar da bir-biri ilə razılaşdırılaraq verilsin. Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistana səfəri zamanı verdiyi bəyanatlar istənilən halda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyidir. Fransa və Azərbaycan arasındakı münasibətlərə bu səfərin çox böyük təsir göstərəcəyinə əminəm. Ona da əminəm ki, Azərbaycana ilk səfəri Fransua Ollanda Azərbaycan və onun mövqeyi barədə konkret dəqiqləşmələr aparmağa imkan verəcək. Minsk Qrupunun həmsədri, həm də BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkənin, həm də özünün elan etdiyi kimi, Azərbaycana dost olan Fransanın mövqeyində müəyyən dəqiqləşmələrə xidmət edəcək. Bu mütləqdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR