İranda 3 nəfər edam edilib

İranda 3 nəfər edam edilib
# 08 yanvar 2014 11:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qəzvin vilayətində 3 nəfər edam edilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib. Onların ad və soyadları açıqlanmayıb.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 7-də səhər saatlarında Qəzvin şəhərinin mərkəzi həbsxanasında icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR