Ədliyyə naziri Fikrət Məmmədov İmişli rayonunda vətəndaşların qəbulunu keçirib - FOTO - VİDEO

Ədliyyə naziri Fikrət Məmmədov İmişli rayonunda vətəndaşların qəbulunu keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 dekabr 2013 11:25 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. Ədliyyə naziri Fikrət Məmmədov İmişli rayonunda vətəndaşların qəbulunu keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, İmişli Regional Ədliyyə Şöbəsinin yeni binasında keçirilən qəbulda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli rayonlarında yaşayan vətəndaşların, habelə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb.

Qəbul zamanı vətəndaşların ədliyyə orqanlarının, o cümlədən notariat, vətəndaş qeydiyyatı, habelə məhkəmə qərarlarının icrası və işə qəbulla bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib. Digər müraciətlərin baxılması üçün qeydlər aparılıb. Nazir ədliyyə orqanlarına aid olmayan digər məsələlərin araşdırılması üçün aidiyyatı qurumlara göndərilməsinə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR