Ukrayna prezidenti növbədənkənar parlament seçkilərinə razılıq verib

Ukrayna prezidenti növbədənkənar parlament seçkilərinə razılıq verib
# 17 iyun 2014 07:54 (UTC +04:00)

APA-nın Ukrayan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, P.Poroşenko fraksiya rəhbərləri ilə görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı addımların koordinasiyasını müzakirə edib.

Görüşdə həmçinin prezidentin ölkə konstitusiyasının dəyişirilməsi ilə bağlı təşəbbüsünə toxunulub. P.Poroşenko hakimiyyət sisteminin effektiv işləməsi üçün prezident, parlament və hökumət arasında səlahiyyətlərin bölüşdürülməsinin vacibliyini vurğulayıb.

“Bu qanun layihəsi Donbasla bağlı sülh planımızın əsas elementidir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR