Ukrayna parlamentində müxalifət və iqtidar deputatları Konstitusiyanın dəyişdirilməsi proseduru ilə bağlı razılığa gəliblər

Ukrayna parlamentində müxalifət və iqtidar deputatları Konstitusiyanın dəyişdirilməsi proseduru ilə bağlı razılığa gəliblər
# 05 fevral 2014 09:49 (UTC +04:00)

Bakı – APA. Ukrayna parlamentində müxalifət və iqtidar deputatları Konstitusiyanın dəyişdirilməsi proseduru ilə bağlı razılığa gəlib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu prezidentin Ali Radadakı nümayəndəsi, Regionlar Partiyasının deputatı Yuri Miroşniçenko deyib.

“Pozitiv addımlar var. Müxalifətdən olan həmkarlarımız bizə bəzi kompromisli məqamları təklif ediblər. Lakin bunları açıqlamayacağıq. Bu məqamlar Konstitusiyaya dəyişikliklərin edilməsi proseduru ilə bağlıdır”, - deyə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR