ATƏT Naxçıvanda sahibkarlıq potensialının gücləndirilməsi üzrə praktiki təlimlər keçirib

ATƏT Naxçıvanda sahibkarlıq potensialının gücləndirilməsi üzrə praktiki təlimlər keçirib
# 11 noyabr 2013 07:26 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Naxçıvan Muxtar Respublikasında (NMR) ATƏT-in dəstəyi ilə sahibkarlıq potensialının gücləndirilməsi üzrə praktiki təlimlər keçirilib. APA-nın məlumatına görə, ATƏT-in Bakı Ofisi , NMR Sahibkarlar Konfederasiyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin NMR İdarəsi tərəfindən birgə təşkil olunan tədbirində maliyyə vəsaitlərinə çıxış, vergi qanunvericiliyi, transsərhəd ticarət məsələləri müzakirə olunub.

Yerli və beynəlxalq mütəxəssislər kiçik biznes fəaliyyətləri üçün əsas maliyyə mənbələri və maliyyə savadlılığı üzrə 20 sahibkara təlim keçib. İştirakçılar həmçinin maliyyə hesabatları, ödəniş və dövlət qeydiyyatına dair elektron xidmətləri özündə birləşdirən "bir pəncərə" mexanizmi ilə tanış olub.

Hər bir seminarın sonuncu iclası NMR Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bankını təmsil edən dövlət rəsmiləri və sahibkarlar arasında keçirilən ictimai müzakirələrə həsr olunub. Müzakirələr zamanı iş adamları dövlət təmsilçilərinə onları maraqlandıran və narahat edən sualları ünvanlamaq imkanı verib. Onlar həmçinin kənd təsərrüfatı sahəsi üçün nəzərdə tutulan güzəştli xidmətlər haqqında da məlumat əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR