Bakıda «Xəzər neft-qaz həftəsi-2013» konfransı başlayıb - FOTO

Bakıda «Xəzər neft-qaz həftəsi-2013» konfransı başlayıb - <span style="color: red;">FOTO
# 11 noyabr 2013 07:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda «Xəzər neft-qaz həftəsi-2013» konfransı başlayıb.

APA-Economics”in məlumatına görə, konfransın prezidenti, Rusiyanın Qubkin adına Neft və Qaz Universitetinin professoru Anatoli Zolotuxin bildirib ki, Xəzər dənizi dünyanın ən önəmli nöqtələrindən biridir və dünya geosiyasəti bu gün artıq bu regiondan asılıdır.

Azərbaycan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov bildirib ki, Azərbaycanda ÜDM-in artımı ötən il 102% olub. Onun sözlərinə görə, qeyri-neft sektorunun payı 26 mlrd. manat olub: “Azərbaycanda neft və qaz məhsullarının ixracı 95% təşkil edir. Bu gün Xəzər dənizindəki Azəri-Çıraq-Günəşli yatağında Azərbaycanın mənfəət neftinin payı 85% təşkil edir”.

S. Bağırov bildirib ki, bir müddət neft gəlirləri azalmışdı: “Buna səbəb dünya bazarında neftin qiymətinin ucuzlaşması idi. Oktyabrın 1-də Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları 35 mlrd. dolları aşıb. Valyuta ehtiyatları 50 mlrd. dollar təşkil edir”.

Ekspert deyib ki, Azərbaycanda ən böyük neft hasilatı 2010-cu ildə 50,419 mln. ton təşkil edib: “Pik hasilat daha sonra azalmağa başlayıb. Əgər Azərbaycanda yeni neft yataqları aşkar edilməzsə, neft hasilatı 10-15 mln. tona enəcək. Bu gün Azərbaycanın qaz hasilatı artır. Azərbaycanın xam neft hasilatı illik olaraq 36,8 mln. neft, qaz hasilatı isə illik 6,6 mlrd. kubmetr təşkil edir. Qazın ixracı və hasilatı getdikcə artacaq. Bu gün Azərbaycan rəsmi olaraq 2.5 trln. qaz ehtiyatı var. Baxmayaraq ki, BP-nin açıqlamasına görə, bu rəqəm 0,9 trln. kubmetr təşkil edir”.

S. Bağırov TANAP və TAP layihələri haqqında da danışıb. O, bildirib ki, Azərbaycan neft və qaz ehtiyatları baxımından Rusiyaya rəqib ola bilməz: “Avropaya nəql olunacaq qazın həcmi 630 mlrd. təşkil edəcək ki, bunun da 45%-i Rusiyanın payına düşür. Rusiya Avropaya ildə 110-120 mlrd. kubmetr qaz nəql edəcək. Azərbaycan isə Avropaya 7 mlrd. kubmetr qaz ötürəcək ki, bu da çox az rəqəmdir. Amma Azərbaycan, Qazaxıstan və Türkmənistan qazı Rusiyanın qaz ehtiyatlarının 65%-ni təşkil edir. Bu da böyük və rəqabətin göstəricisi olan rəqəmdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR