Respublika Elmi-Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının ümumi yığıncağı keçirilib

Respublika Elmi-Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının ümumi yığıncağı keçirilib
# 01 iyul 2013 16:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Respublika Elmi-Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası Ekologiya Elmləri Üzrə Problem Şurasının ilk ümumi yığıncağı keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov Şuranın strukturu, fəaliyyəti haqqında ətraflı məlumat verib.

İclasda Şura üzvlərinin təqdimatı keçirilib. Şuranın tərkibinə yeni üzvlər - AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva və BDU-nun Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasının professoru Rövşən Xəlilov daxil edilib. İclasda həmçinin təqdim olunan mövzuların təsdiq olunması məsələlərinə baxılıb və mövzular ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR