İranda 8 siyasi və vicdan məhbusu azadlığa buraxılıb

İranda 8 siyasi və vicdan məhbusu azadlığa buraxılıb
# 11 fevral 2014 09:14 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 8 siyasi və vicdan məhbusu əfv edilib. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu addımın 1979-cu il inqilabının 35-ci ildönümü münasibətilə atıldığı bildirilir.

Bunlar Firidun Seyidirad, Səid Cəlalifər, Məhəmməd Saimi, Pejman Əbdülhüeynzadə, Şahabəddin Mürtəzəvi, Seyid Məhəmməd Heydəri, Möhsün Mühəqqəqi və Əliəkbər Məhəmmədzadədir.

M.Mühəqqəqi İran Azadlıq Hərəkatının (Nehzət-e Azadi İran), Ə.Məhəmmədzadə isə İranın aparıcı tələbə təşkilatlarından olan Vəhdəti Möhkəmləndirən Qurumun (Dəftər-e Təhkim-e Vəhdət) əsas üzvlərindəndir və məzuniyyətdə olublar. Vaxtilə 1-3 il müddətinə azadlıqdan məhrum olunmuş digər məhbuslar isə həbs cəzalarının başa çatmasına iki ay qalmış əfv ediliblər. Onlardan ikisi məzuniyyətdə olduğundan, 6 nəfəri fevralın 10-da Tehranın Evin həbsxanasından sərbəst buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR