AEBA icraçı direktoru Əli Əkbər Salehi ilə görüşüb - FOTO

AEBA icraçı direktoru Əli Əkbər Salehi ilə görüşüb - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 10:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Avstriyada səfərdədir.

APA-nın İRİB-ə istinadən məlumatına görə, sentyabrın 16-da Vyana şəhərində Ə.Salehi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano arasında görüş keçirilib.

İran Atom Enerjisi Təşkilatının rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə konstruktiv müzakirələr aparılıb: “İranın nüvə məsələsinin həlli üçün iki tərəfin də əzmkarlıq göstərməsi lazımdır. Eyni zamanda ixtilaflı mövzuların aradan qaldırılması üçün lazımi qədər yumşaq davranmaqla məsələnin həlli üçün səy göstərilməlidir. Bu çərçivədə İranla AEBA arasında sentyabrın 27-də Vyanada görüşün keçirilməsi qərara alınıb. Bu iclasın iki tərəf arasında da yerdə qalan məsələlərin həll edilməsi üçün başlanğıc olacağına ümid edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR