Bakıda baş verən yol qəzasında 8 yaşlı uşaq ölüb

Bakıda baş verən yol qəzasında 8 yaşlı uşaq ölüb
# 11 dekabr 2013 07:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 9-u saat 19 radələrində Buzovna qəsəbəsi Abşeron küçəsində qəsəbə sakini Əyyub Hüseynovun idarə etdiyi «VAZ-2107» və Ağdaş rayon sakini Vüsal Bağırovun idarə etdiyi «Daevoo» markalı avtomobillər toqquşub. Nəticədə, «VAZ-2107» markalı avtomobilin sərnişini, 2005-ci il təvəllüdlü Aqil Məmmədov xəsarət alaraq xəstəxanasına yerləşdirilib. Uşaq dekabrın 10-da orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR