Bakıda işlədiyi mağazadan xeyli sayda kompüter oğurlayan satıcı tutulub

Bakıda işlədiyi mağazadan xeyli sayda kompüter oğurlayan satıcı tutulub
# 25 oktyabr 2013 08:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mağazadan oğurluq edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 11-də Bakı şəhər sakini Qaraxan İsmayılov ərizə ilə Nizami Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, may-iyul aylarında Q.Qarayev prospektində yerləşən ona məxsus mağazadan, orada satıcı işləyən şəxs 72 ədəd noutbook oğurlayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat təbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Anar Səlimov oktyabrın 24-də tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR