BMT Təhlükəsizlik Şurasında Böyük Göllər bölgəsində mövcud vəziyyətlə bağlı müzakirələr keçirilib

BMT Təhlükəsizlik Şurasında Böyük Göllər bölgəsində mövcud vəziyyətlə bağlı müzakirələr keçirilib
# 26 iyul 2013 16:51 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın dövlət katibi Con Kerrinin sədrliyi altında BMT Təhlükəsizlik Şurasının Böyük Göllər bölgəsində mövcud olan vəziyyət ilə bağlı yüksək-səviyyəli müzakirələr keçirilib. APA-nın məlumatına görə, iclasda BMT baş katibi Pan Gi Mun, Dünya Bankının prezidenti Jim Yonq Kim, BMT Baş katibinin Afrikada Böyük Göllər Bölgəsi üzrə xüsusi nümayəndəsi Meri Robinson, Afrika İttifaqının Komissarı Ramtane Lamamra, Uqandanın xarici işlər naziri Sam Kutesa, Konqo Demokratik Respublikasının xarici işlər naziri Tşibanda N'Tunqamulonqo, Ruandanın xarici işlər naziri Luis Muşikivabo, Luksemburqun xarici işlər naziri Jan Asselborn, Qvatemalanın xarici işlər naziri Fernando Karerra, Fransanın inkişaf naziri Paskal Kanfin, Toqo prezidentin diplomatik məsələlər və əməkdaşlıq üzrə baş məsləhətçisi, nazir Kofi Essau, Mozambikin xarici işlər naziri Oldemiro Balou, Burundinin xarici işlər naziri Laurent Kavakure, Cənubi Afrikanın müdafiə naziri Nosivive Mapisa-Nqakula, Avropa İttifaqının baş katibi Pyer Vimont və Belçikanın Böyük Göllər üzrə xüsusi nümayəndəsi Frank De Konink iştirak ediblər.

İclasın məqsədi Afrikanın Böyük Göllər bölgəsində sülhün, təhlükəsizliyin və uzunmüddətli sabitliyin təşviqi yollarını müzakirə etmək, habelə qeydə alınmış nailiyyətləri və qarşıda duran çağırışları müəyyənləşdirməkdən ibarət olub.

Şura iclasında səsləndirdiyi nitqində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Səfir A. Mehdiyev bildirib ki, digər bəzi hərbi münaqişə vəziyyətlərində olduğu kimi, heç bir diplomatik və siyasi səylər qanunsuz əmmələrin leqallaşdırılmasına gətirib çıxarmamalı və qəbuledilməz və əhəmiyyətsiz iddialar üzrə saysız-hesabsız müzakirələrin aparılması üçün imkan yaratmamalıdırlar. A. Mehdiyev beynəlxalq hüquqla müəyyən olunmuş məsuliyyət anlayışının ilk gündən beynəlxalq ictimaiyyətinin ümumi yanaşmasının əsas elementlərindən birini təşkil etdiyini qeyd edib. Hərbi münaqişə zamanı törədilən beynəlxalq hüququn və insan hüquqlarının pozuntularına görə cəzasızlığın aradan qaldırılmasında Şuranın prinsipial mövqeyi xüsusilə vurğulanıb. Səfir qeyd edib ki, regionun bütün ölkələri qarşılıqlı əsasda dövlətlərin suverenliyi və ərazi bütövlüyü, eləcə də daxili işlərə qarışmama, yaxın qonşuluq və regional əməkdaşlıq prinsiplərinə hörmətlə yanaşmalıdırlar.

İclasın yekunu olaraq qəbul edilmiş Şura Sədrinin bəyanatında bir sıra vacib məqamlar ilə yanaşı Şura tərəfindən bu istiqamətdə mövcud olan öhdəliklər bir daha vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR