Bakıda axtarışda olan 4 nəfər tutulub

Bakıda axtarışda olan 4 nəfər tutulub
# 08 fevral 2014 08:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində axtarışda olan 4 nəfər yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (rəsmi sənədləri hazırlama və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Şahin Abdullayev tutulub.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan Qızxanım Abbaszadə yaxalanıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan İsmayıl Həsənov tutulub.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan Cəmil Qasımov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR