Nigeriyada hərbçilər terrorçular tərəfindən girov götürülən məktəbli qızları azad ediblər

Nigeriyada hərbçilər terrorçular tərəfindən girov götürülən məktəbli qızları azad ediblər
# 17 aprel 2014 00:57 (UTC +04:00)

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, azad edilənlərin dəqiq sayı hələ ki məlum deyil.

Xatırladaq ki, bir gün əvvəl Nigeriyanın Borno ştatında “Boko Haram” qruplaşmasının silahlıları məktəbə hücum edərək 100-dən çox məktəbli qızı girov götürüb. Təhsil müəssisəsi hərbçilər tərəfindən mühafizə olunmasına baxmayaraq, silahlılar məktəbin binasına daxil ola bilib və qızları girov götürərək naməlum istiqamətə aparıb.

“Boko Haram” qruplaşması Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR