Orxan Zeynalovun atası: “Oğlumun qətl törətdiyi sübuta yetirilsə, Yeqor Şerbakovun valideynlərindən üzr istəyəcəyəm” - FOTO - YENİLƏNİB

Orxan Zeynalovun atası: “Oğlumun qətl törətdiyi sübuta yetirilsə, Yeqor Şerbakovun valideynlərindən üzr istəyəcəyəm” - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 16 oktyabr 2013 14:30 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu fikri Moskvada 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun atası, Azərbaycanın Şəmkir rayonunun Seyfəli kənd sakini Zahid Zeynalov bildirib.

Onun sözlərinə görə, ailələrində ziyankarlıq, davakarlıq, kiməsə ziyan vurmaq kimi hallar olmayıb: “Rusiyadan gələn jurnalistlər maraqlanırdılar ki, sizdə hansısa konflikt olubmu. Mən onlara cavab verdim ki, mən özüm də hərbi xidməti Rusiyada keçirmişəm. Ruslarla yaxın dostluğum olub, hətta indi də bu dostluq davam edir. Bizdə ruslara qarşı heç bir nifrət hissi olmayıb”.

Zahid Zeynalov bildirib ki, Orxanın saxlanılma səhnələrini görüb: “Hər bir dövlətin öz qanunu var və o qanun çərçivəsində cinayətkara cəza vermək lazımdır. Fiziki cəza, kobud rəftar etmək doğru deyil. Hadisə baş veribsə, onun hansı zəmində baş verdiyini araşdırmaq lazımdır. Yalnız cinayət sübuta yetiriləndən sonra cəza tətbiq etmək olar. Şübhəli şəxs kimi saxlanılan adama fiziki cəza verməyi düzgün saymıram”.

Zahid Zeynalov baş verənlərə siyasi don geyindirməyin əleyhinə olduğunu və Rusiya ilə Azərbaycan arasında əlaqələrin normal olduğunu bildirib. O, oğlu Orxan Zeynalovun bəzi mətbu orqanlarda narkotik vasitələrdən istifadə etdiyi barədə yayılan məlumatlara da münasibət bildirib: “Oğlum idmançıdır və Rusiyada əmiləri ilə birgə yaşayır. Onun narkotik vasitədən istifadə etmədiyini 100 faiz deyə bilərəm. Əgər oğlumun qətl törətdiyi sübuta yetirilərsə, bir valideyn kimi Yeqor Şerbakovun valideynlərindən üzr istəyəcəyəm”.

Orxan Zeynalovun anası Yasəmən Zeynalova dünən günorta saatlarında oğlunun onunla danışdığını deyib: “Orxan yalnız şübhəli şəxs kimi axtarışda olduğunu bildirdi”.

Zeynalovlar ailəsi əlavə edib ki, Orxan Zeynalov Rusiya mətbuatının yazdığı kimi, 1982-ci il deyil, 1984-cü il təvəllüdlüdür və Rusiyada 10 ilə deyil, 4 ilə yaxındır yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR