“Azərbaycanda dilçiliyin inkişafına dair Dövlət Proqramı” üzrə işçi qrupunun iclası keçirilib

“Azərbaycanda dilçiliyin inkişafına dair Dövlət Proqramı” üzrə işçi qrupunun iclası keçirilib
# 18 oktyabr 2013 13:26 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” üzrə işçi qrupunun iclası keçirilib.

Dövlət Proqramı üzrə işçi qrupunun sədr müavini, professor Həbib Zərbəliyevin APA-ya verdiyi məlumata görə, iclasda işçi qrupunun fəaliyyət planı müzakirə edilib və təkliflər dinlənilib.

İclasda küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarını müəyyənləşdirmək üçün monitorinq qruplarının yaradılması təklif olunub. Yığıncaqda işçi qrupunun fəaliyyətinə lazımi şərait yaradılması məqsədilə şəhər və rayon icra hakimiyyətləri ilə sıx əlaqələr qurulması, kütləvi informasiya vasitələrində maarifləndirici tədbirlərin həyata keçirilməsi də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR