Bakıda Regional Rabitə Birliyinin toplantısı keçirilir - FOTO

Bakıda Regional Rabitə Birliyinin toplantısı keçirilir - <span style="color: red;">FOTO
# 03 dekabr 2013 09:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda MDB və region dövlətlərinin Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçılarının toplantısı keçirilir.

«APA-Economics»in xəbərinə görə, tədbirin əsas mövzusu teleradioyayımın 694-790 MHz tezliklərinin gələcəkdə istifadə perspektivlərinin müzakirəsinə həsr olunub.


Tədbirlə bağlı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, toplantıda quruma üzv ölkələr arasında bir sıra mühüm məsələlər müzakirə olunacaq: «Bu gün mübahisə gedir ki, rəqəmsal televiziya ilə yeni mobil xidmətlərin, yəni yüksək LTE xidmətlərinin göstərilməsi üçün tezliklərin bölüşdürülməsi gedir. Bununla bağlı yaranan suallar müzakirə olunur», - deyə nazir məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR