Elektron “Dərslik portalı”nın yaradılması ilə bağlı birgə müzakirə keçirilib

Elektron “Dərslik portalı”nın yaradılması ilə bağlı birgə müzakirə keçirilib
# 12 noyabr 2013 15:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyinin birgə elektron “Dərslik portalı”nın yaradılması ilə bağlı müzakirə keçirilib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müzakirədə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin əməkdaşları Faiq Şahbazlı, Sevinc Mehdiyeva, Vüsalə Əliyeva, Samir Məmmədov, TQDK-nın əməkdaşları Afiqə Batıyeva, Kamran Şeyxov iştirak edib. Müzakirələrdə “Dərslik portalı”nın strukturu, orada yerləşdiriləcək materialların məzmunu ilə bağlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR