Azərbaycanda yay turizm mövsümünə hazırlıq məqsədilə hotellərin monitorinqinə başlanılıb

Azərbaycanda yay turizm mövsümünə hazırlıq məqsədilə hotellərin monitorinqinə başlanılıb
# 02 aprel 2014 11:13 (UTC +04:00)

Müvafiq işlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icra olunur.

APA-Economics”in məlumatına görə, bu haqda nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışına dair keçirilən mətbuat konfransında bildirib.

Şöbə müdiri bildirib ki, monitorinqlərə paytaxtdan başlanılıb. Yoxlamalar təxminən 1-2 həftə Bakıdakı hotellərdə davam etdiriləcək: “Mayın sonundan isə regionlardakı mehmanxanaların monitorinqinə başlanılacaq".

A. İsmiyev turizmin regionlardakı vəziyyətinə də toxunub.

O etiraf edib ki, hazırda regionlarda turizm xidməti istənilən səviyyədə deyil.

“Problemləri aradan qaldırmaq məqsədilə kadrlar üçün təlimlər keçirilir. Turizmlə bağlı peşə məktəbi də kadrlar hazırlayır. Ölkədə turizmin inkişafı üçün bütün imkanlardan istifadə olunur", - deyə A. İsmiyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR