Tərtər rayonunda ev yanıb

Tərtər rayonunda ev yanıb
# 25 oktyabr 2013 17:46 (UTC +04:00)

Bakı-APA. Tərtər rayonunda ev yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 7 km aralıda yerləşən Ələsgərli kəndində baş verib.

Hadisə zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 1 mərtəbəli 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Yanğın zamanı yataq xəstəsi olan ev sahibi yanğınsöndürənlər çatana kimi qonşular tərəfindən xilas ediliv. Evin döşəməsi və çardaq hissəsi 60 kv.m sahədə və ev əşyaları yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR