Azərbaycanda daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında azalma qeydə alınıb

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında azalma qeydə alınıb
# 04 dekabr 2013 14:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 13 058, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 269, sərnişinlərin fərdi qəza sığortası üzrə 8 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqları 1 mln. manatdan çox olub.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində bu üç icbari sığorta növü üzrə 103 779 sığorta müqaviləsi bağlanıb ki, bunlardan 98 765-i daşınmaz əmlakın icbari sığortası, 4 741-i daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və 273-ü sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələri təşkil edib. Bu müqavilələr üzrə daxil olan sığorta haqlarının ümumi həcmi isə 12,3 mln. manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 11,8% azalma, daxil olan sığorta haqlarının məbləğində 15,5% artım, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 4,1%, daxil olan sığorta haqlarının məbləğində 14,15% artım, sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələrinin sayında 24,3%, daxil olan sığorta haqlarının məbləğində 11% azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR