Azərbaycanda «Nokia Lumia 925» smartfonunun satışına başlanılıb

Azərbaycanda «Nokia Lumia 925» smartfonunun satışına başlanılıb
# 27 avqust 2013 09:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Nokia» şirkəti qabaqcıl, bir sıra mükafatlara layiq görülmüş flaqman smartfonu «Nokia Lumia 920»un yeni modeli – «Nokia Lumia 925»in Azərbaycanda satışına başlayıb. «Nokia Lumia 925» həllini metal korpusda tapıb və özündə «PureView» fotoçəkilişin son texnologiyalarını, həmçinin «Nokia Lumia» sinfinin smartfonları üçün mümkün ola biləcək yeni funksiyalar və quraşdırılmış proqram əlavələrini təqdim edir.

«Mobitel» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ölkəmizdə smartfonun satışları «Bakcell» şəbəkəsində yeni kampaniya çərçivəsində başlayıb. Pərakəndə qiymət 600 manatdır. Əlavə olaraq, hər bir alıcıya «Bakcell»dən 600 manatlıq balansa hədiyyə olunacaq. Smartfonlar «İrşad Telekom», «Nano Elektroniks» və «Wentto Telekom» şəbəkələrində həyata keçiriləcək. Həmçinin, «Evo Store» mağazasında məhdud sayda bu smartfonun satışı təşkil olunub.

«Nokia Lumia 925» modeli fotokameranın ən qabaqcıl texnologiyasını, həmçinin təsvirlərin işlənməsi üçün məhdud işıqlanma şəraitində ən mükəmməl çəkilişlə yanaşı, foto və videoda daha yüksək aydınlıq və parlaqlığı əldə etməyi təmin edən yeni nəsil proqram təminatını təklif edir. Bundan başqa, «Nokia Lumia 925»də «Amber» yenilənməsindən sonra bütün «Windows Phone 8 ƏS» üzərində işləyən «Lumia» smartfonları üçün mümkün olacaq «Smart Camera» rejimi var. «Nokia»nın «Smart Camera» rejimi bir anda 10 kadr çəkməyə və bir yüksək keyfiyyətli mükəmməl kadrın yaradılması üçün «Ən yaxşı Şəkil» (Best Shot), «Hərəkətdə şəkil» (Action Shot) və «Hərəkət edən obyekt üzərində fokuslanma» (Motion Focus) kimi funksiyaların köməyi ilə onları redaktə etməyə imkan verir.

«Lumia» qurğuları üçün ilk dəfə olaraq «Nokia Lumia 925» modeli cəzbedici metal korpusda təqdim edilib ki, bu da unikal üstünlükləri, xüsusilə də əlavə möhkəmliyi təmin edir.

Qeyd edək ki, polikarbonatdan hazırlanmış arxa panel ağ, boz və ya qara variantlarda olacaq. Enerji yükləmə aksessuarlarının və «Nokia» ekosisteminin imkanlarından istifadə üçün smartfonun korpusuna naqilsiz enerji yükləmə panelini birləşdirmək olar. Əlavə panellər həm klassik, həm də parlaq rənglərdə ayrı satılacaq.

«Nokia»nın, «Qeolokasion» və «Here» naviqasiya kimi quraşdırılmış xidmətlər paketi və pulsuz musiqinin məhdudiyyətsiz axınını təmin edən «Nokia Musiqisi» proqramı kimi qabaqcıl xidmətlər «Nokia»nın yeni smartfonuna mükəmməl əlavədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR