Venesiya Komissiyası Azərbaycanın “Diffamasiya haqqında” qanun layihəsinə rəy verib

Venesiya Komissiyası Azərbaycanın “Diffamasiya haqqında” qanun layihəsinə rəy verib
# 14 oktyabr 2013 12:36 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın “Diffamasiya haqqında” qanun layihəsi haqda rəy verib.

VK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rəy komissiyanın oktyabrın 11-12-də keçirilən sessiyasında qəbul olunub.

Rəydə bildirilir ki, qanun layihəsi bu sahədə əhatəli qanunvericilik işlənib hazırlanması istiqamətində ilk pozitiv addımdır. Lakin komissiya qeyd edib ki, hazırlanan layihə daxili qanunvericiliyin digər hissələrindən təcrid olunmuş şəkildə işlənib.

VK vurğulayıb ki, qanun layihəsində komissiyanın ilkin tövsiyələri nəzərə alınmayıb və sənədin mövcud standartlara uyğunlaşdırılması üçün addım atılmayıb.

Rəyin tam mətni yaxın vaxtlarda Venesiya Komissiyasının saytında dərc olunacaq.

Xatırladaq ki, qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəminə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR