Azərbaycan Milli Məclisinin rəhbərliyi vətəndaşları qəbul günlərini açıqlayıb

Azərbaycan Milli Məclisinin rəhbərliyi vətəndaşları qəbul günlərini açıqlayıb
# 15 yanvar 2014 16:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclis rəhbərliyinin və komitə sədrlərinin bu ilin ilk ayı üçün qəbul günlərinin vaxtı açıqlanıb.

Parlamentdən APA-ya verilən məlumata görə, birinci vitse-spiker Ziyafət Əsgərovun qəbul günü yanvarın 24-ü, vitse-spikerlər Valeh Ələsgərov və Bahar Muradovanın qəbul günləri isə yanvarın 17-si və 16-dır.

Bundan başqa, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yanvarın 21-də, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə yanvarın 22-də, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov yanvarın 16-da, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yanvarın 17-də, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə yanvarın 27-də, Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev yanvarın 28-də, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov yanvarın 30-da, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova yanvarın 29-da, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə yanvarın 30-da vətəndaşları qəbul edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR