Bakıda ana azyaşlı uşağı ilə birlikdə itkin düşüb - FOTO

Bakıda ana azyaşlı uşağı ilə birlikdə itkin düşüb - <span style="color: red;">FOTO
# 23 iyun 2014 14:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda 45 yaşlı qadın itkin düşüb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbə sakini, 1969-cu il təvəllüdlü Quliyeva Gülşən Kamal qızı 22 aprel 2014-cü ildə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. G. Quliyeva evdən çıxarkən onun əynində qara şalvar, qırmızı kofta olub.

Polisdən həmçinin bildirilib ki, G. Quliyeva evdən gedərkən 2 aylıq körpəsini də özünü ilə aparıb.

Onu görənlərdən (012) 455 44 32 və (050) 750 60 06 nömrələrinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR