İmişlidə ağır yol qəzası baş verib: 2 nəfər ölüb, 2 nəfər yaralanıb - VİDEO

İmişlidə ağır yol qəzası baş verib: 2 nəfər ölüb, 2 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2013 18:30 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosuna İmişli rayon polis şöbəsindən verilən məlumata görə, qəza İmişli-Bəhrəmtəpə avtomobil yolunun 3-cü kilometrliyində, rayonun Göbəktala kəndi ərazisində qeydə alınıb. Məhəmməd Bəylər oğlu Həsənov idarə etdiyi KİA markalı minik maşını ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Qəza zamanı avtomobil aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər Elvin Natiq oğlu Əhmədov və Azad Mirələm oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişin Elməddin Əhmədov isə ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR