İran Rusiyaya pilotsuz təyyarə hədiyyə edib

İran Rusiyaya pilotsuz təyyarə hədiyyə edib
# 22 oktyabr 2013 08:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda səfərdə olan Rusiya Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Viktor Bondarev oktyabrın 21-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə ilə görüşüb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə İranın ABŞ-a məxsus “ScanEagle” pilotsuz təyyarəsindən faydalanaraq istehsal etdiyi pilotsuz təyyarənin bir nümunəsi rusiyalı komandana hədiyyə edilib. Bundan əlavə, SEPAH-ın Hərbi Hava Qüvvələrinin regiondan kənar qüvvələrin hərbi gəmilərini necə nəzarət altında saxlaması ilə bağlı bir videoklip də Rusiya Hərbi Hava Qüvvələrinin komandanına təqdim olunub.

Qeyd edək ki, V. Bondarev İran Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Həsən Şahsəfinin dəvət əsasında Tehranda səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR