Rusiyanın İrandakı səfiri: Rusiya şirkətləri Xəzərin İran sektorunda neft yataqlarının kəşfiyyatında əməkdaşlıq etməyə hazırdır

Rusiyanın İrandakı səfiri: Rusiya şirkətləri Xəzərin İran sektorunda neft yataqlarının kəşfiyyatında əməkdaşlıq etməyə hazırdır
# 08 fevral 2014 20:31 (UTC +04:00)

Bakı-APA. Rusiya və İran Xəzər dənizinin İran sektorunda neftin kəşfiyyatında əməkdaşlıq edə bilərlər. APA-nın “RBK”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.

Caqaryan Rusiyanın neft şirkətlərinin İrandakı layihələrə maraq göstərdiyini qeyd edib. Səfirin sözlərinə görə, əgər Xəzərdə neftin kəşfiyyatı iqtisadi baxımdan sərfəli olarsa, Rusiya bu sahədə İranla birgə əməkdaşlıq edə bilər.

Səfir əlavə edib ki, Rusiya müstəqil dövlətdir və Qərb ölkələrinin siyasətinə əməl etməməlidir.

Caqaryan qeyd edib ki, Rusiya İranla ticarətin həcmini və əməkdaşlığı genişləndirmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR