AŞPA Daimi Komitəsi Ukraynanın ərazi bütövlüyü və milli birliyinə tam dəstək verib

AŞPA Daimi Komitəsi Ukraynanın ərazi bütövlüyü və milli birliyinə tam dəstək verib
# 07 mart 2014 14:47 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsi Ukraynanın ərazi bütövlüyü və milli birliyinə tam dəstək verib. APA-nın AŞPA mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komitə Rusiya tərəfindən Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını qətiyyətlə pisləyib: “Rusiya hərbi qüvvələrinin Krımda fəaliyyəti və hərbi hədələr BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, Avropa Şurasının Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququn, eləcə də Rusiyanın AŞ qarşısında öhdəliklərinin birbaşa pozulmasıdır”.

Daimi Komitə Rusiya parlamentinin hər iki palatasında onsuz da gərgin olan regionda separatçılığın dəstəklənməsi çağırışlarından təəssüflənib. AŞPA Kiyevdəki qanuni hakimiyyətə tam dəstəyini də ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR